BAKI, 18 avqust. TELEQRAF

2026-cı ilin sonuna dövlət büdcəsinin kəsiri 1 milyard 497,6 milyon manat məbləğində gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində qeyd olunub.

Məlumata görə, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,1 faiz olacaq.

Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2026-cı ildə 18,8 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonuna 17,5 faiz səviyyəsində olacağı gözlənilir.