BAKI, 18 avqust. TELEQRAF
2026-cı ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 5 faizdən 3,1 faizə endirilib.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində qeyd olunub.
Məlumata görə, tikinti və turizm sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri-neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib.
2026-cı ildə ÜDM-in real ifadədə 1,7 faiz artmaqla 138 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən nominal olaraq 3,9 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 3,1 faiz artmaqla 100 milyard manata (əvvəlki proqnoza nəzərən nominal ifadədə 1,7 milyard manat az) çatacağı gözlənilir.