BAKI, 18 avqust. TELEQRAF

2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756 milyon manat vəya 2 faiz çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində qeyd olunub.

Məlumata görə, dövlət büdcəsinin gəlirlərinin 43,4 faizi vəya 17 milyard 85 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi vəya 22 milyard 280 milyon manatı isəqeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650 milyon manat və ya 4 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106 milyon manat vəya 0,5 faiz artıq icra gözlənilir.

Dövlət büdcəsinin gözlənilən gəlirlərinin 17 milyard 760 milyon manatı vəya 45,1 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 762 milyon manatı vəya 17,2 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12 milyard 835 milyon manatı vəya 32,6 faizi Dövlət Neft Fondundan transfertin, 1 milyard 21 milyon manatı vəya 2,6 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987 milyon manatı vəya 2,5 faizi sair gəlirlərin payına düşür.

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 17 760,0 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850,0 milyon manat və ya 5,0 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 250,0 milyon manatı və ya 23,9 faizi neft-qaz sektorunun, 13 510,0 milyon manatı və ya 76,1 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcəkdir.

Neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının 41,2 faizini və ya 1 750,0 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 11,8 faizini və ya 500,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 47,1 faizini və ya 2 000,0 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.