BAKI, 7 avqust. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 83 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.
Onlardan 51-də yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32 təşkilatda isə plandankənar yoxlamalar çərçivəsində aparılıb.
Bununla yanaşı, ilkin maliyyə nəzarəti tədbirləri nəticəsində 2,6 milyon manat məbləğində vəsait itkisinin qarşısı alınıb.