BAKI, 28 iyul. TELEQRAF

2026-cı ilin yanvarında Azərbaycanda fəliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 867 milyon 396 min manat məbləğində sığorta haqqı toplanıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% çoxdur.

Cari ilin birinci yarısında sığorta şirkətləri tərəfindən 549 milyon 682 min manat ödəniş edilib. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu sahədə 27,2% artım qeydə alınıb.