BAKI, 27 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 437,4 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, iqtisadi fəaliyyət xərcləri 2 milyard 578 milyon manat, təhsil xərcləri 2 milyard 400,1 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 2 milyard 359,8 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 2 milyard 339,5 milyon manat təşkil edib.

Eyni zamanda, bu ilin altı ayında dövlət büdcəsi xərclərinin 52,4 faizi və ya 8 milyard 787,1 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1 faiz çoxdur.