BAKI, 27 iyul. TELEQRAF
Cari ilin ilk altı ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat), ümumilikdə 944,8 milyon manatın ödənilməsi təmin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.
İyulun 1-nə xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.Bu da proqnozlaşdırılan ÜDM-in 6 faizi deməkdir. Daxili dövlət borcu isə 15 milyard 982 milyon manat olmaqla proqnozlaşdırılan ÜDM-in 12,2 faizinə bərabər olub.