BAKI, 1 iyul. TELEQRAF

Cari ilin iyun ayında Mərkəzi Bank tərəfindən valyuta bazarında 394 mln. ABŞ dolları məbləğində alış yönlü əməliyyat aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, tədiyə balansının cari əməliyyat balansında profisitin artması və maliyyə sektorunda de-dollarlaşma prosesinin getməsi şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi meyili davam edir. Bu proses həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunur.

Mərkəzi Bankın məlumatına görə, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.

Xatırladaq ki, aprel ayında Mərkəzi Bankın alış yönlü müdaxiləsi 1 milyard ABŞ dolları həcmində olub.