BAKI, 1 iyul. TELEQRAF

Azərbaycan son onilliklər ərzində güclü institutlara, müasir infrastruktura və şaxələndirilmiş istehsal bazasına malik dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal bankın Rəhbərlər Şurasının Bakıda keçirilən 28-ci İllik Toplantısında çıxışı zamanı deyib.

Sərhat Köksal vurğulayıb ki, ölkə bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən strateji nəqliyyat və logistikaqovşağı kimi mühüm rol oynayır:

“Bankın Azərbaycandakı fəaliyyəti ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq daim inkişaf edib. Bakıda keçirilən İllik Toplantı yeni tərəfdaşlıqlarınqurulması, investisiya imkanlarının qiymətləndirilməsivə Azərbaycanın növbəti inkişaf mərhələsinə praktiki dəstək mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır”.

Sərhat Köksal təmsil etdiyi qurumun Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.