BAKI, 1 iyul. TELEQRAF
Ötən il əidə edilən nəticələr ümidvericidir.
Teleqraf xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısında çıxışı zamanı deyib.
“Ümumi dəyəri 668 milyon avrodan çox olan 31 yeni layihə təsdiqlənib ki, bu da əvvəlki illə müqayisədə təxminən 81 faiz artım deməkdir. Əməliyyat portfelinin təxminən 1,5 milyard avroya qədər böyüməsi və bankın güclü maliyyə göstəriciləri onun regional inkişaf institutu kimi əhəmiyyətini və səmərəliliyini bir daha təsdiqləyir.
Bu nailiyyət bankın 2025–2026-cı illəri əhatə edən ortamüddətli strategiyası və biznes planının ikinci mərhələsinin icrasının ilk ilində əldə edilmiş mühüm irəliləyişi əks etdirir. Eyni zamanda, bankın inkişaf missiyasına sadiq qalmaqla üzv ölkələrin dəyişən ehtiyaclarına çevik və səmərəli cavab vermək qabiliyyətini nümayiş etdirir”.