BAKI, 15 iyun. TELEQRAF

"Bloomberg" agentliyinin məlumatına görə, ABŞ-İran razılaşması xəbərləri investorların əhval-ruhiyyəsinə müsbət təsir göstərib.

Teleqraf xəbər verir ki, bu da öz növbəsində neft və dolların ucuzlaşmasına səbəb olub.

Agentliyin məlumatına görə, neft qiymətlərinin düşməsi inflyasiya təzyiqini azaldır ki, bu da Amerika valyutasının dinamikasına təsir göstərir.

Lakin "Bloomberg" qeyd edir ki, dolların ucuzlaşması müvəqqəti ola bilər. ABŞ-nin güclü iqtisadi artım məlumatları, Federal Ehtiyat Sisteminin 2026-cı ildə faiz dərəcələrini artıra biləcəyi ilə bağlı gözləntiləri bunu deməyə imkan verir.