BAKI, 9 iyun. TELEQRAF

2026-cı ilin yanvar may aylarında Azərbaycanda QR kod vasitəsilə həyata keçirilən ödənişlər üzrə əməliyyatların həcmi 8,8 dəfə artıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin Direktor müavini Ramil Mahmudov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ödəniş sahəsində inkişaf ilk növbədə qanunvericilik bazasının formalaşdırılmasından başlayır:

“Son dövrdə Mərkəzi Bank tərəfindən qəbul edilən ən mühüm sənədlərdən biri Azərbaycanda QR ödənişləri üzrə milli standartın təsdiq edilməsidir.

“Bu standart beynəlxalq EMV QR standartları əsasında hazırlanıb. Bu da gələcəkdə Azərbaycan QR ödənişlərinin digər ölkələrin sistemləri ilə inteqrasiyasına və xarici ölkələrin EMV standartını dəstəkləyən QR həllərinin ölkəmizdə istifadəsinə imkan yaradacaq”, – deyə o qeyd edib.

R.Mahmudov qeyd edib ki, 2025-ci ilin yanvar-may aylarında Ani Ödənişlər Sistemi (AÖS) üzrə dövriyyə təxminən 3 dəfə artaraq 1 milyard manata yaxınlaşıb: