BAKI, 9 iyun. TELEQRAF

Azərbaycanda dollara tələbin azalması manata olan inamın güclənməsi ilə əlaqəlidir. Burada heç bir inzibati təsir mövcud deyil.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ölkədə kredit dollarlaşması kəskin azalıb, fiziki şəxslərin əmanətlərinin dollarlaşması səviyyəsi isə azalmaqdadır:

“Vətəndaşların manata və bank sektoruna inamının güclənməsi manatın mövqeyini gücləndirib”.