BAKI, 9 iyun. TELEQRAF
Azərbaycanda QR kodla ödənişlərin zəif inkişaf etməsinin əsas səbəbi prosesin hələ yeni başlamasıdır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev jurnalistlərə açıqlamasında deyib.
“Biz “nağdsız Azərbaycan” layihəsinə 2108-ci ildə başlamışıq. Artıq indiki döbrdə nağdsız ödənişlərin 49 milyard manatı ötməsi mühüm göstəricidir. Düşünürük ki, bunu qarşıdakı dövrdə daha da sürətləndirəcəyik. Bu nəticələri ilin sonuna doğru real olaraq müşahidə edəcəyik”, - deyə o qeyd edib.