BAKI, 9 iyun. TELEQRAF

Azərbaycana qeyri-neft sektorunun daha sürətli inkişaflı ilə artıq bank aktivləri 35 milyard dolara yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda problemli kreditlərin həcmi Türk Dövlətlər Təşkilatları arasında ən aşağı səviyyədədir.

V.Qasımlı əlavə edib ki, Türk dövlətləri arasında Türkiyənin maliyyə-bank sektoru daha çox inkişaf edib:

“Bu ölkənin bank aktivləri artıq 1 trilyon dolları keçib və bank aktivlərinin ÜDM-ə nisbəti 95%-ə qədər çatıb. Bu da kifayət qədər yüksək göstəricidir. Burada adekvatlıq əmsalı 16.5%-in üzərindədir. Problemli borclar isə 2.6% səviyyəsindədir".