BAKI, 9 iyun. TELEQRAF

Azərbaycanda ani ödənişlərin payı 54%-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin müavini Vüsal Xəlilov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, daha əvvəl milli ödəniş sistemlərində ani ödənişlərin payı 2,4% təşkil edirdi:

“May statistikasına baxsaq, bu artıq 54% təşkil edir. Bu, böyük bir nəticədir”.