BAKI, 9 iyun. TELEQRAF

İlin sonunadək bazarda dələduzluğa qarşı yeni qaydalar tətbiq olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin müavini Vüsal Xəlilov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı tədbirdə çıxışı zamanı deyib.

V.Xəlilov qeyd edib ki, qaydalar dələduzluğun idarəedilməsi istiqamətində mühim addım olacaq.

O əlavə edib ki, hazırda maliyyə sektorunda ən böyük çağırış xərclər və dəluzluq hallarıdır:

"Bu çağrışlarla bağlı Mərkəzi Bank sektor iştirakçıları ilə çox ciddi adımlar atır. Beynəlxalq təşkilatlar ilə xərclərin optimallaşdırılması ilə bağlı intensiv müzakirələr aparırıq. Təsərrüfar subyektləri üçün optimallaşdırılmış tarif siyasəti həyata keçirməyi hədəfləyirik”.