BAKI, 7 may. TELEQRAF

Mərkəzi Bank (AMB) “Bank Respublika” ASC-yə icrası məcburi sərəncam verib.

Teleqraf xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, “Bank Respublika” ASC tərəfindən müştəri köçürmələrinin və inkasso sərəncamlarının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərinin pozulması halları aşkarlanıb.

Bununla əlaqədar olaraq, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən, Mərkəzi Bank tərəfindən banka qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi, həmçinin məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.