BAKI, 28 aprel. TELEQRAF

2026-cı ilin 1 aprel tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 6 milyard 762,4 milyon manat vəya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə dövlət borcuna dair hesabatında qeyd edilib.

Bildirilib ki, dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3.050,6 milyon ABŞ dolları) vəya 76,7 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyadr 576,4 milyon manatı və ya 23,3 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür.

Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması “Cənub Qaz Dəhlizi” QSC tərəfindən dövlət zəmanəti ilə cəlb edilən 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına olub.

Dövlət zəmanətli borc portfelinin valyuta tərkibində ABŞ dollarının payı 47 faiz, avronun 25,5 faiz, manatın 19,4 faiz, yapon yeninin 2,7 faiz, digər valyutaların payı isə 5,4 faiz olub.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 faizini sabit, 59,9 faizini dəyişkən faiz dərəcəli öhdəliklər təşkil edir.