BAKI, 28 aprel. TELEQRAF
2026-cı ilin 1 aprel tarixinə xarici dövlət borcu 4.689,3 milyon ABŞ dolları vəya 2026-cıil üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə dövlət borcuna dair hesabatında qeyd edilib.
Bildirilib ki, 2026-cıilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları məbləğində azalıb.
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,1 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 50,9 faizini təşkil edib.
Xarici dövlət borcunun 59,2 faizi 5 ilə qədər olan müddətdə, 35,4 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun valyuta tərkibində ABŞ dollarının payı 86,1 faiz, avro 6,1 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,1 faiz, yapon yeninin 3,1 faiz, digər valyutaların isə 1,6 faiz olub.
Dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon ABŞ dolları məbləğində əsas borc, 71,9 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.
Ölkənin strateji valyuta ehtiyatları 85,2 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,2 dəfə üstələyir.