BAKI, 28 aprel. TELEQRAF

2026-cı ilin 1 aprel tarixinə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 24.464,7 milyon manat vəya 2026-cıil üzrə 130.873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,7 faizini təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə dövlət borcuna dair hesabatda qeyd edilib.

Bildirilib ki, ümumi dövlət borcunun 7.971,8 milyon manatı (4.689,3 milyon ABŞ dolları) vəya 32,6 faizi xarici dövlət borcunun, 16.492,9 milyon manatı vəya 67,4 faizi daxili dövlət borcunun payına düşür.