BAKI, 22 aprel. TELEQRAF

“Kapital Bank”ın sahibkarlara xidmət edən platforması “Birbank Biznes”in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 min nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında deyib.

O bildirib ki, onlardan böyük bir qismi 169 min nəfəri mikro sahibkarlıqla məşğul olur:

“Bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etməmizdir. Xüsusən də əməliyyatların rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikro sahibkarlar kreditlərinin 89.5%-ni, Kiçik və Orta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib. Kiçik və Orta biznes və Korporativ seqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin 98%-ni “Birbank Biznes” üzərindən edirlər”.