BAKI, 22 aprel. TELEQRAF
“Kapital Bank” 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub.
Teleqraf xəbər verir ki, bu barədə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında deyib.
O qeyd edib ki, bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir:
“Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır".
Kapital Bank 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub
Teleqraf xəbər verir ki, bu barədə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında deyib.
“
O qeyd edib ki, bank ötən ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub:
“Bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir. Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır".