BAKI, 22 aprel. TELEQRAF
Ötən ilin 9 ayı ərzində “Kapital Bank”ın “Birbank Invest” platformasının dövriyyəsi 25 milyon ABŞ dolları olub.
Teleqraf xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Fərid Hüseynov mətbuat konfransında deyib.
O qeyd edib ki, “Birbank Invest”i ictimaiyyətə ötən il təqdim edilib:
“PAŞA Kapital İnvestisiya Şirkəti ilə birgə ərsəyə gətirdiyimiz bu layihə Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Bu gün cəmi 1 dollarla qlobal bazarlara giriş etmək mümkündür. İstifadəçilərimiz ABŞ-nin aparıcı şirkətləri və Birja Fondları (ETF) da daxil olmaqla 12 mindən çox maliyyə alətindən faydalana bilirlər. Bütün bunlar sürətli rəqəmsal qeydiyyat, 7/24 investisiya imkanı, 500 min dollaradək sığorta və yüksək təhlükəsizlik standartları ilə baş verir. Artıq 100 minə yaxın istifadəçimizin bizə güvənməsi və dövriyyənin 25 milyon ABŞ dollarından çox olması onu göstərir ki, cəmiyyətimiz bu transformasiyaya çoxdan hazır idi".