BAKI, 22 aprel. TELEQRAF

2025-ci ildə “Kapital Bank”a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Fərid Hüseynov mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb:

“Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”la əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub. Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. “Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb”.

O əlavə edib ki, bu əməkdaşlıqla Kapital Bank-ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb.