BAKI, 20 aprel. TELEQRAF
ABŞ dollarının məzənnəsi əsas valyutalara nisbətdə həftəlik maksimuma yüksəlib. Lakin daha sonra ABŞ və İran arasında gərginliyin artması, eləcə də Yaxın Şərqdə münaqişənin sülh yolu ilə həlli ilə bağlı ümidlərin zəifləməsi fonunda qismən geriləyib.
Teleqraf xəbər verir ki, bu investorları daha təhlükəsiz aktivlərə yönəlməyə vadar edib.
ABŞ valyutasının altı digər valyutaya nisbətdə məzənnəsini əks etdirən dollar indeksi 98,30 səviyyəsinə yüksələrək həftəlik maksimuma yaxınlaşıb və əvvəlki itkilərini qismən kompensasiya edib.
Avro 1,1729 dollar səviyyəsində həftəlik minimuma enib, daha sonra 1,1757 dollar səviyyəsində ticarət olunub. Funt sterlinq 0,11% azalaraq 1,3503 dollara, Avstraliya dolları isə 0,27% geriləyərək 0,7148 dollara düşüb.
Xatırladaq ki, ötən gün ABŞ blokadanı yarmağa cəhd edən İran yük gəmisinin ələ keçirildiyini açıqlayıb. İran isə Vaşinqtonun addımlarına cavab verməyə hazır olduğunu bəyan edib.