BAKI, 15 aprel. TELEQRAF

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 2,2 faiz təşkil edəcəyi, 2030-cu ildə isə 2 faizə enəcəyi proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.

2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 64 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 161 milyon, 3 milyard 210,3 milyon və 3 milyard 408 milyon manat məbləğində proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin əvvəlki illərdəolduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici vədaxili) vəvahid xəzinəhesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrəlayihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcəkdir. Yeni makrofiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək.

Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcəkdir.

Bununla yanaşı, 2027-ci ildə 2042,6 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2030-cu ildə 54,1 milyon manat səviyyəsində olacağı gözlənilir.