BAKI, 15 aprel. TELEQRAF
Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 39 milyard 136 milyon manat, 2028-ci ildə 39 milyard 664 milyon manat, 2029-cu ildə 40 milyard 352.9 milyon manat, 2030-cu ildə isə 41 milyard 42 milyon manat olaraq proqnozlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.
Bildirilib ki, 2027-ci il üçün icmal büdcənin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1266,7 milyon manat və yaxud 2,6 faiz çox olmaqla 50 milyard 106 milyon manat, ortamüddətli dövrün sonuna isə 50 milyard 14,7 milyon manat və yaxud 10,3 faiz çox olmaqla 53 milyard 854 milyon manat proqnozlaşdırılır.
Eyni zamanda, 2027-ci il üzrədövlət büdcəsinin xərcləri 42200,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi iləmüqayisədə496,4 milyon manat vəya 1,2 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isədövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2 milyard 746,4 milyon manat və yaxud 6,6 faiz çox olmaqla 44 milyard 450 milyon manat proqnozlaşdırılır.
2027-ci il üçün dövlət büdcəsi xərclərinin 26 milyard 2,5 milyon manatı vəya 61,6 faizi cari xərclərə (2026-cı illə müqayisədə 800,9milyon manat vəya 3,2 faiz çox), 13 milyard 800 milyon manatı vəya 32,7 faizi əsaslı xərclərə (2026-cı illə müqayisədə 244,4 milyon manat vəya 1,7 faiz az), 2397,5 milyon manatı vəya 5,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2026-cı illə müqayisədə 60,1milyon manat vəya 2,4 faiz az) yönəldilməsi proqnozlaşdırılır.