BAKI, 15 aprel. TELEQRAF

2026-cı ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 27,6 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 21,1 faizinə çatacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.

Ortamüddətli (2027-2030-cu illər) dövrün sonuna Azərbaycanın dövlət borcunun (xarici vədaxili) ümumi məbləğinin 34,3 milyard manat səviyyəsinə çatacağı və 2030-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 20,6 faizi səviyyəsində olacağı gözlənilir.