BAKI, 15 aprel. TELEQRAF
İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2026-cı ildə neft və qaz hasilatının həcminin azalacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.
Bildirilib ki, 2029-2030-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə artımın müşahidə olunması ilə neft-qaz sektorunda artım proqnozlaşdırılıb. 2027-ci ildə əsas kapitala olan investisiyalarda 5,6 faiz, ortamüddətli dövrdə isə orta illik 2,1 faiz artım olacağı, 2026-cı ildən 2028-ciilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır. Baza ssenaridə cari il üzrə 5,5% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6% olacağı gözlənilir.