BAKI, 15 aprel. TELEQRAF

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 139 milyard manat təşkil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.

Bildirilib ki, 2030-cu ildə ÜDM-in 1 milyard 66,9 milyon manata qədər artacağı gözlənilir. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5%-dən 2027-ci ildə 78%-ə, 2030-cu ildə isə 81,8%-ə çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı proqnozlaşdırılır.