BAKI, 13 aprel. TELEQRAF
2025-ci il ərzində Azərbaycanda bank sektoru üzrə 223 mln. manat məbləğində silinmə baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.
Məlumata görə, silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 60.9%-i (135.8 mln. manat) istehlak portfeli üzrə, 37.8%-i (84.2 mln. manat) isə biznes portfeli üzrə olub.