BAKI, 9 aprel. TELEQRAF
"AzRe Təkrarsığorta" ASC 2025-ci ili 20 milyon 837 min 6.86 manat xalis mənfəətlə başa vurub.
Teleqraf xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 14.05% azdır.
Şirkətin ümumi gəlirləri 97 milyon 141 min 374,46 min manat təşkil edib ki, bu da illik müqayisədə 12.04% artım deməkdir. Hesabat dövründə xərclər 71 milyon 612 min 321.06 manat olub və 18.45% artıb.
İlin sonuna “AzRe Təkrarsığorta”nın cəmi aktivləri 202 milyon 432 min 247.75 manat (+20.17%), cəmi kapitalı 107 milyon 401 min 222.14 manat (+18.18%), cəmi öhdəlikləri isə 95 milyon 31 min 25.61 manat (+22.52%) təşkil edib.