BAKI, 9 aprel. TELEQRAF

"Azərbaycan Sənaye Sığorta" ASC 2025-ci ili 2 milyon 588 min 398.04 manat zərərlə başa vurub.

Teleqraf xəbər verir ki, şirkət 2024-cü ili 1 milyon 297 min 016,39 manat xalis mənfəətlə başa vurmuşdu.

Şirkətin ümumi gəlirləri 29 milyon 287 min 161.54 min manat təşkil edib ki, bu da illik müqayisədə 9.08% artım deməkdir. Hesabat dövründə xərclər 31 milyon 875 min 559.58 manat olub və 26.34% artıb.

İlin sonuna “Azərbaycan Sənaye Sığorta”nın cəmi aktivləri 35 milyon 725 min 675.48 manat (+16.38%), cəmi kapitalı 9 milyon 573 min 29.66 manat (-22.90%), cəmi öhdəlikləri isə 26 milyon 152 min 645.82 manat (+43.05%) təşkil edib.