BAKI, 7 aprel. TELEQRAF
2026-cı ilin yanvar-mart aylarında xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5% üstələyib.
Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 milyard 12,5 milyon manat proqnoza qarşı 7 milyard 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6% təşkil edir.
2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 milyard 852,6 milyon manat, xərcləri isə 9 milyard 43,6 milyon manat məbləğində icra edilib.