BAKI, 6 aprel. TELEQRAF
Son günlər ölkədə müşahidə edilən güclü yağışların sığortalı əmlaklara vurduğu zərərin ilkin dəyəri 10 milyon manata yaxın təxmin olunur.
Bu barədə Teleqraf-ın sorğusuna cavabda Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, yağıntılar səbəbindən vətəndaşlardan davamlı şəkildə sığorta müraciətləri daxil olur.
“Yağıntılardan sonra müraciətlərin sayı artıb. Fakt sığorta hadisəsi kimi təsdiqləndikdən sonra sığorta şirkətləri zərərlərin qiymətləndirilməsi prosesinə start verirlər. Müraciətlər arasında avtonəqliyyat vasitələri və əmlakla bağlı faktlar üstünlük təşkil edir”.