BAKI, 2 aprel. TELEQRAF
Azərbaycanda fiziki şəxslərin müddətli əmanətləri 2026-cı ilin fevral ayında 2% və ya 210.3 mln. manat, tələbli əmanətləri 6% və ya 349.5 mln. manat artıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, fiziki şəxslərin əmanətlərinin 68.9%-i (11,626.2 mln. manat) milli valyutada, 31.1%-i (5,239.1 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.4%-i (10,686.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
2026-cı ilin fevral ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.5% (5,009 əmanətçi), ilin əvvəlindən isə 4.1% (7,948 əmanətçi) artaraq 202.1 min nəfər təşkil edib. Hüquqi şəxslərin tələbli depozitləri 15,182.7 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil edib.