BAKI, 1 aprel. TELEQRAF
Nyu-York birjasında qızıl daha da bahalaşıb.
Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.60% artaraq 4,707 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.78% ucuzlaşaraq 74.33 ABŞ dolları təşkil edib.
***
00:19
Qızıl fyuçerslərinin qiyməti 20 mart 2026-cı ildən bəri ilk dəfə olaraq 1 troy unsiyası üçün 4700 dolları keçib.
Teleqraf xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.
Bakı vaxtı ilə saat 22:10-a olan məlumata görə, qızılın qiyməti 3,15 faiz artaraq 1 troya unsiyası üçün 4701,1 dollara çatıb.
Saat 22:25-ə qədər fyuçerslər artım tempini bir qədər itirərək 1 unsiya üçün 4694,9 dollar (+3,01 faiz) səviyyəsinə enib.
Bu arada, 2026-cı ilin may ayı üçün çatdırılma nəzərdə tutulan gümüş fyuçersləri 1 troya unsiyası üzrə 75,275 dollar (+6,67 faiz) səviyyəsində olub.