BAKI, 18 mart. TELEQRAF
2025-ci ildə MDB ölkələri arasında Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarda Rusiya ilk sırada yer alıb.
Teleqraf xəbər verir ki, ötən il Rusiyadan ölkəyə 267 milyon 805 min ABŞ dolları məbləğində investisiya yatırılıb. Bu göstərici 2024-cü illə müqayisədə 14,3% artım deməkdir.
Hesabat ilində Qazaxıstandan cəlb olunan investisiyalar 29 milyon 407 min dollar təşkil edib ki, bu da illik müqayisədə 98,7% artım göstərir.
Eyni zamanda, Qırğızıstandan 13 milyon 33 min dollar həcmində investisiya daxil olub (2 dəfə artım), Belarusdan isə 7 milyon 922 min dollar məbləğində sərmayə cəlb edilib (3,4 dəfə artım).