BAKI, 26 fevral. TELEQRAF

Cari ilin yanvarında Azərbaycanda banklardan kənarda nağd pul vəsaitlərinin həcmi (M0) 17 milyard 543.5 milyon manat olub.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 14,77% artım deməkdir.

Hesabat tarixinə geniş mənada pul kütləsi (M3) 48 milyard 186.1 milyon manat olub. Beləliklə, M3 aqreqatı illik müqayisədə 5,75% artıb. Fevralın 1-nə banklardan kənarda olan nağd pulların geniş mənada pul kütləsində həcmi 36,4% təşkil edib.