BAKI, 26 fevral. TELEQRAF

2026-cı ilin yanvarında banklar və qeyri-bank kredit təşkilatları üzrə ev təsərrüfatlarına cəmi kredit qoyuluşu 19 milyard 115.1 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Bu istiqamətdə ötən ilin dekabrı ilə müqayisədə 0,33%, eyni dövrü ilə müqayisədə isə 11,48% artım olub. 2026-cı il fevralın 1-nə kredit portfelinin 60%-i ev təsərrüfatlarının payına düşüb.