BAKI, 26 fevral. TELEQRAF

Cari ilin yanvarına Azərbaycanda bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 125.1 mln. manat azalaraq 3,136.7 mln. manat təşkil edib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunan qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.

Manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 10.2% artaraq 38,308.7 mln. manat təşkil edib.