BAKI, 25 fevral. TELEQRAF
2026-cı ilin yanvar ayı üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi aparan “Paşa Həyat Sığorta” ASC olub.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 35 milyon 330 min manat ödəniş edib.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC (11 milyon 185 min manat) ,“Atəşgah Həyat" Sığorta Şirkəti ASC (4 milyon 688 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Atəşgah" Sığorta Şirkəti ASC (3 milyon 353 min manat) “Qala Sığorta” ASC (1 milyon 855 min manat) izləyib.
Qeyd edək ki, ötən ay sığorta şirkətləri ümumilikdə 62 milyon 12 min manat sığorta ödənişi ediblər. 2025-ci ilin yanvar ayı ilə müqayisədə bu sahədə 30,2% artım qeydə alınıb.