BAKI, 25 fevral. TELEQRAF

2026-cı ilin yanvarında Azərbaycanda 16 sığorta şirkətləri tərəfindən ümumilikdə 156 milyon 604 min manat məbləğində sığorta haqqı toplanıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azdır.

Hesabat ayında sığorta şirkətləri tərəfindən 62 milyon 12 min manat ödəniş edilib. 2025-ci ilin yanvar ayı ilə müqayisədə bu sahədə 30,2% artım qeydə alınıb.