BAKI, 25 fevral. TELEQRAF
2026-cı ilin yanvar Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Sığorta" ASC olub.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 65 milyon 501 min manat məbləğində sığorta haqqı toplayıb.
İkinci yerdə 50 milyon 349 min manatla “Paşa Həyat Sığorta” ASC qərarlaşıb. Şirkəti 8 milyon 949 min manatla “Aqrar Sığorta" ASC izləyib.
Renkinqdə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC şirkəti 6 milyon 332 min manatla dördüncü, “Qala Sığorta” ASC isə 4 milyon 228 min manatla beşinci olub.
Ümumilikdə, ötən ay ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 156 milyon 604 min manat məbləğində sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 4,3% azalma deməkdir.