BAKI, 4 fevral. TELEQRAF

2026-cı il yanvarın 1-nə xarici dövlət borcu 4.813,5 milyon ABŞ dolları vəya 2025-ci il üzrə 129.094 milyon manat (75.937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil edib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,5 faizini, sabit dərəcə iləolanlar isə 50,5 faizini təşkil edib.

Xarici dövlət borcu 2025-ciilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları vəya 6,2 faiz azalıb. 2025-ci il ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞ dolları məbləğində artması müqabilində 472,8 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib. 2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalıb.