BAKI, 31 yanvar. TELEQRAF
Bitkoinin qiyməti 80 min dollardan aşağı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Binance" kriptovalyuta birjası məlumat yayıb.
Məlumata görə, Bitkoin 3,99% ucuzlaşaraq 79.402 min dollara çatıb.
Bitkoin blokçeyn texnologiyasına əsaslanan mərkəzləşdirilməmiş rəqəmsal valyutadır. Onun tədarükü xeyli məhduddur və əksər sikkələr artıq dövriyyədədir. Bitcoin ideyası ilk dəfə 2008-ci ildə Satoşi Nakamoto tərəfindən irəli sürülüb.