2025-ci il ərzində Azərbaycan dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2 milyard 305,1 milyon manat vəsait sərf olunub.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, vəsait sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında xərclənib.