BAKI, 28 yanvar. TELEQRAF

Azərbaycanda 2025-ci ildə əvvəlki illə müqayisədə müdafiə və milli təhlükəsizlik xərclərinə 22,9 faiz və ya 1506 milyon manat çox vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Ötən il sosial müdafiə və sosial təminat xərclərinə 403,3 milyon manat, ümumi dövlət xidmətləri xərclərinə 341,1 milyon manat, kənd təsərrüfatı xərclərinə 25,1 milyon manat, mənzil və kommunal təsərrüfatı xərclərinə 3 milyon manat çox vəsait yönəldilib.