BAKI, 28 yanvar. TELEQRAF
2025-ci ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 4 milyard 465,7 milyon manat vəsait ayrılıb.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin vəsaitin 3 milyard 781,9 milyon manatı və ya 84,7 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin payına düşür.
Eyni zamanda, məbləğin 373,2 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və ya 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və ya 1,2 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsait olub.